Accessibility links

Livanda fələstinlilərin düşərgəsində Həmasın üç üzvü öldürülüb


Bazar günü Livanın cənubunda fələstinlilərin düşərgəsində Həmasın bir üzvünün dəfn mərasimində baş verən atışma nəticəsində İslamçı hərəkatın üç üzvü öldürülüb. Bu barədə qrup özü məlumat yayıb.

Həmas rəsmisi Rəfat əl-Murra deyib ki, rəqib Fətah hərəkatının militantları cümə günü Burc Əl-Şəmali düşərgəsində baş verən partlayış nəticəsində ölən fələstinlinin dəfn mərasimində atəş açıblar.

O deyib ki, altı nəfər yaralanıb.

Düşərgə sakini AFP-yə bildirib ki, atışmadan sonra silahlı qarşıdurma yaşanıb və bunda həm Fətah, həm Həmasın ünsürləri iştirak edib.

Həmas cümə günü baş verən partlayışa COVID xəstələri üçün oksigen balonlarının olduğu mağazada elektrik qısa qapanmanın səbəb olduğunu bildirib və mətbuatda silah anbarının partladığına dair məlumatları təkzib edib.

Partlayış nəticəsində yaxınlıqdakı məscidlərin divarları qaralıb, pəncərələri qırılıb.

“Yanğın əmlaka zərər versə də, təsiri çx olmayıb,” Həmas deyib, ancaq tələfatlar barədə məlumat verməyib.

Fələstinli rəsminin bildirdiyinə görə, bir nəfər cümə günü baş verən partlayışda aldığı xəsarətlər nəticəsində həyatını itirib, bir neçə nəfər yaralanıb.

NBrləşmiş Millətlər Təşkilatının Yardım və İşlər Agentliyinin bildirdiyinə görə, Livan rəsmi olaraq 192 min fələstinliyə ev sahibliyi edir ki, onların əksəriyyəti ölkə boyu 12 düşərgədə yaşayır.

Uzunmüddətdir davam edən razılığa əsasən, Livan ordusu düşərgələrə daxil olmur. Bununla da daxildəki təhlükəsizliyə görə fələstinlik fraskiyalar məsuliyyət daşıyır.

Həmas və Mahmud Abbasın başçılıq etdiyi sekulyar Fətah partiyası 2007-ci ild islamçılar bir həftə davam edən tələfatlı döyüşlər nəticəsində Qəzzəni ələ keçirəndən bəri rəqabət aparırlar.

Həmas Qəzzədə qərargahlansa da, Yaxın Şərq boyu, o cümlədən Livanda qolları mövcuddur.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG