Accessibility links

Livan hökuməti kütləvi etirazlara cavab olaraq islahatlar paketi hazırlayır


Livanda etirazçılar hökumət əleyhinə nümayişlərin beşinci günü ölkə boyu yolları bağlayıblar. Livanın baş naziri Saad Əl-Həriri və prezident Mişel Aun oktyabrın 21-də prezident sarayında toplantı keçirib.

Nazirlər Kabinetinin iqtisadi böhranın zəiflədilməsi və on illər ərzində hakim elitaya qarşı ən böyük kütləvi etiraz nümayişlərinin qarşısını almaq məqsədi ilə nazirlərin əmək haqlarının iki dəfə azaldılması da daxil olmaqla, islahatlar paketini təsdiqləyəcəyi gözlənilir.

Rəsmilərin bazar günü verdiyi məlumata görə, Həriri yüz minlərlə etirazçının küçələrə çıxması nəticəsində yaranmış böhranın qarşısını almaq üçün hökumətdəki tərəfdaşları ilə islahatlar paketi barədə razılığa gəlib.

İslahat planına hazırkı və keçmiş prezidentlər, nazirlər və millət vəkillərinin maaşlarının 50 faiz azaldılması, həmçinin dövlət qurumları və vəzifəli şəxslərə verilən müavinətlərin azaldılması daxildir.

Livanda etirazlar oktyabrın 17-dən başlayıb. Bazar ertəsi banklar bağlanıb və ölkənin əsas həmkarlar ittifaqı təşkilatı tətil edərək, vəziyyətin daha da gərginləşəcəyi ilə hədələyib.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG