Livanın baş naziri Həsən Diab İsrail və Hizbullah qüvvələri arasında bazar ertəsi baş verən sərhədlərarası atışmadan sonra çərşənbə axşamı İsrailin “təhlükəli hərbi gərginlik” nəticəsində ölkəsinin suverenliyini pozduğunu bildirib.
“Mən qarşıdan gələn günlərdə təmkinə çağırıram, çünki mən məsələnin sərhəddəki ağır gərginlik fonunda daha da pisləşəcəyindən narahatam,” Diab Twitter-də yazıb.
İsrailin baş naziri Benyamin Netanyahu bazar ertəsi İsrail ordusunun militant qrupun sərhədi keçmək cəhdinin qarşısını aldığını bildiriməsindən sonra Hizbullahın “odla oynadığını” söyləyib.
“Bu insidentə və Livan ərazisindən İsrail dövlətinə qarşı hər hansı hücuma görə Hizbullah və Livan dövləti cavabdehdir...Biz bizə qarşı hər hansı hücuma böyük güclə cavab verəcəyik,” Netanyahu deyib. “(Hizbullahın başçısı Həsən) Nəsrullah İsrailin özünü müdafiə etmək qətiyyətini yanlış hesablayıb və Livan buna görə bpyük bədəl ödəyib. Mən onlara eyni səhvi təkrarlamamağı məsləhət görürəm,” o bildirib.
İsrail ordusu bildirib ki, silahlı şəxslərdən ibarət bir qrup Məzəri Şiba adlı regiondan İsrail ərazisinə keçməyə çalışıb. İsrail Livanın iddialı olduğu bu ərazini 1967-ci ildə baş verən müharibədə işğal edib.
Hər iki tərəfin qüvvələri bir saat boyunca atışıblar, lakin nəticədə ölənlərin olmadığı bildirilib.
Hizbullah bazar ertəsi baş verən insidentdə hər hansı döyüşçüsünün iştirak etdiyini inkar edib və İsraili “saxta qələbələr icad etməyə” cəhd etməkdə günahlandırıb.
Hizbullah bəyanatında xəbərdarlıq edib ki, ötən həftə İsrailin Suriyada Hizbullah döyüşcüsünün ölümü ilə nəticələnən hava hücumunun “mütləq qisası alınacaq və sionistlər cinayətlərinə görə cəzalarını gözləməlidirlər.”
İsrail İran və Livanın dəstəklədiyi Hizbullahı ən qaçılmaz terror təhlükəsi olaraq görür.
2006-cı ildə İsrail və Hizbullah arasında BMT-nin vasitəçiliyi ilə əldə olunan atəşkəsə əsasən əməl edilir. Yaxın Şərq üzrə ekspertlər deyir ki, koronavirus pandemiyası və Livanda iqtisadi böhran səbəbilə heç bir tərəfin yeni hərtərəfli müharibəyə cəlb olunmaq niyyəti yoxdur.