Accessibility links

Livanda incəsənət adamları senzuraya qarşı [Video]


Livanda incəsənət adamları senzuraya qarşı
please wait

No media source currently available

0:00 0:03:25 0:00

Bəzi səhnələr var ki, Livan hökuməti sənin bunu görməyini istəmir.

Bu tamaşa “Qəbul Ediləcək Yoxsa Yox” eyni senzuraya görə qadağan edilib. Tamaşa əsasən qadağalarına görə tanınan ölkədə ifadə azadlığındakı məhdudiyyətləri nümayiş etdirir.

İncəsənət adamları və fəallar bu məhdudiyyətlərin qaldırılması uğrunda mübarizə aparırlar.

"MARCH" ssenarilərinə qadağa qoyulmuş dramaturqlarla işləyən təşkilatdır.

Təşkilatdan Lea Baroudi deyir ki, təşkilat qadağalara etiraz edir.

Lea Baroudi: "İnsanların çoxu Livanda senzuranın olmadığını və ya qanunların çox düzgün olduğunu düşünür. Biz göstərməyə və sübut etməyə çalışırıq ki, senzura üzərində qanunlar tamamilə ixtiyaridır."

MARCH təşkilatı bildirir ki, onlar qadağalar barədə heç vaxt yazılı açıqlama almayıblar. Hökumət rəsmiləri bildirir ki, tamaşalara qadağa qoyulmayıb, sadəcə ssenari redaktə olmalıdır.

Lea Baroudi: "Biz bu gündən başlayaraq tamamilə və ya bir hissəsinə qadağa qoyulmuş tamaşalar üçün rəsmi rədd məktubu tələb edəcəyik. Bu yolla belə bir şey baş verdiyində biz qanuni ölçü götürərək qərarı dəyişdirməyə çalışacağıq və insanlar bu hadisələrin sənədləşdiyini biləcək."

Senzuranın hüquqi əsaslandırılmasına seks, siyasət, din və İsrail mövzuları ilə dövlətə təhlükə törətmək və ya ictimai həssaslığa zərər vurmaq daxildir.

Hökumət rəsmiləri sadəcə qanunlara riyaət etdiyini deyir.

Hüquqşünas Dayan Əssaf MARCH-ın appelasiya işlərini idarə edir. O, deyir ki, 50 ildən çox yaşı olan bu qanunların islahatlara ehtiyacı var.

Dayan Əssaf: "Sənin nə deyə biləcəyin və ya bilməyəcəyinin və ya edib-etməyəcəyinin ölçüsü qeyri-müəyyəndir. Onlar ümumi təhlükəsizlik üzərində şərh üçün böyük boşluq qoyublar."

Senzuranı dəstəkləyən bəzi livanlılar ölkədə məzhəb balansını və regional stabilliyi pozmağın başqalarının hüquqlarına toxunmaq kimi qiymətləndirir.

Firas Talhouk bu məsələ üzrə araşdırmaçıdır.

O, senzura ilə bağlı müqavimətin böyüdüyünü və hazırkı qadağaların dövlətin artan siyasi və hərbi gərginliyə reaksiyasını göstərdiyini deyir.

Firas Talhouk: "Bu həqiqətən artıb. Bu, Livan və regiondakı siyasi və təhlükəsizlik böhranla bağlıdır. Həmçinin bu işdən məsul siyasi fiqurlar və şəxslərlə əlaqəlidir."

MARCH təşkilatı appelyasiyaları udsa da, udmasa da Livanin incəsənət dünyası böyüməyə davam edəcək.

"Qəbul ediləcək yoxsa Yox" tamaşasının direktoru kimi.

Lusien Bourceli: "Sənət bizim onun qarşısını aldığımız yerə qədərdir. Əgər biz bunu etməsək, ifadə azadlığı hər kəs üçün yox olacaq - incəsənət adamları, jurnalistlər və hər bir şəxs üçün."

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG