Accessibility links

Livanda parlament seçkiləri keçirilib


Livanın müxtəlif siyasi partiyalarının tərəfdarları bazar günü bayram edib. Həmin gün ölkədə 2009-cu ildən bəri ilk parlament seçkiləri keçirilib.

Hizbullah tərəfdarları Baalbek şəhərində maşın karvanlarında qrupun bayrağını dalğalandırıb, Hizbullah lideri Səid Həsən Nəsrallahın şəkillərini nümayiş etdirib.

Mərhum baş Nazir Rəfiq Əl-Həririnin bacısı, parlamentə namizəd Bahiya Əl-Həriri Livanın Sidon şəhərində səs verənləri alqışlayıb. Orada sünni baş nazir Səad Əl-Həririnin Gələcək Hərəkat partiyasının tərəfdarları bayram edib.

Həririnin milli birlik kabineti təşkil edəcəyi təxmin edilir. Rəqib tərəflərin isə hazırda Hizbullahın da daxil olduğu birlik höküməti yenidən formalaşdıracağı gözlənilir.

Livanın Daxili İşlər nazirliyinin verdiyi məlumata görə, seçici fəallığı 49.2 faiz olub. Bu göstərici 9 il əvvəllə müqayisədə daha azdır, belə ki həmin il seçici fəallığı 54 faiz olub.

XS
SM
MD
LG