Accessibility links

Livan prezidenti etirazçılarla danışıqlara hazır olduğunu deyib


Livan prezidenti Mişel Aun cümə axşamı ölkəni maliyyə böhranından qurtarmaq və hökumətdə dəyişikliklər etməyin yollarını müzakirə etmək üçün etitrazçılarla danışıqlara hazır olduğunu bildirib.

Hakim elitadan narazılıq və korrupsiyada günahlandırılan hökumətin istefasına çağıran etirazlar keçən həftədən bəri ölkəni iflic edib.

Nümayişçilərə səslənirəm: Sizin tələblərinizi dinləmək üçün nümayəndələrinizlə görüşməyə hazıram.
Mişel Aun

Televiziya ilə xalqa müraciətində prezident Mişel Aun minlərlə etirazçının tələb etdiyi kimi hökumətdəki korrupsiyaya qarşı mübarizə aparacağına söz verib.

O, hazırkı hökumətin nəzərdən keçirilməsinə ehtiyac olduğunu deyib.

Aun bank sirləri ilə bağlı qanunlar, prezidentdən tutmuş nazirlər və millət vəkillərinin toxunulmazlığının geri götürülməsi də daxil edilməklə, korrupsiyaya qarşı mübarizə üçün yeni qanunların gərək olduğunu bildirib.

Ötən günlərdə bütün Livanı etiraz dalğası bürüyüb.
Ötən günlərdə bütün Livanı etiraz dalğası bürüyüb.

Etirazçılarla həmrəyliyini nümayiş erdirən prezident korrupsiyanın `iliyə qədər işlədiyini` deyib.

"Nümayişçilərə səslənirəm: Sizin tələblərinizi dinləmək üçün nümayəndələrinizlə görüşməyə hazıram. Siz də bizim maliyyə böhranından narahatlığımızı biləcəksiniz," Mişel Aun bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG