Accessibility links

Livanın xarici işlər naziri istefa verib


Bazar ertəsi istefa verən xarici işlər naziri Nassif Hitti ərizəsində ölkədə maliyyə böhranının və dəyişiklik üçün siyasi iradənin olmamasının vətəndaş müharibəsindən bəri ölkə üçün ən böyük təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edib.

"Mən bu hökumətə Livan adlı bir rəisə xidmət etmək üçün gəldim. Sonra mən öz ölkəmdə maraqları bir-birinə zidd olan çoxlu rəis gördüm. Onlar Livan xalqını xilas etmək üçün bir araya gəlməsələr Allah qorusun, bu gəmi hər kəslə birlikdə batacaq" - deyə, Nassif Hitti bildirib.

Hitti Livanın "uğursuz bir dövlət" olma riski qarşısında olduğunu deyib.

Bundan əvvəl professional diplomat olan Nassif Hitti yanvar ayında baş nazir Həsən Diab hökumətinfə xarici işlər naziri vəzifəsinə gəlib.

Xəbər verildiyinə görə, Diabın Beyruta son səfərindən sonra Fransanın xarici işlər naziri Jan-İv Le Drianı tənqid etməsi Hittini hiddətləndirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken Avropa müttəfiqləri ilə danışıqlar üçün Almaniyadadır
please wait

No media source currently available

0:00 0:14:30 0:00
XS
SM
MD
LG