Accessibility links

Livana səfər edən İran prezidenti Beyrutda hərarətlə qarşılanıb


Livana səfər edən İran prezidenti Beyrutda hərarətlə qarşılanıb
Livana səfər edən İran prezidenti Beyrutda hərarətlə qarşılanıb

Beyrut aeroportunda İran liderini bu gün Livanın parlament spikeri Nabih Berri qarşılayıb

Beyrutda minlərlə livanlı düyü, şirniyyat və qızıl gül ləçəkləri atmaqla, Livana səfər edən İran prezidenti Mahmud Əhmədinejadı hərarətlə qarşılamışlar. Lakin İran liderinin əsas qarşılanma mərasimi onun Beyrutun cənubuna, şiələrin çoxluq təşkil etdiyi Hezbullanın nəzarəti altındakı hissəsinə, qrupun lideri Səyyad Nəsrallahla ilə görüşmək üçün gəldiyi vaxt olacaq.

Cənab Əhmədinejadın Livana səfəri İranın dəstəklədiyi Hezbullah qrupu ilə Livanın qərbyönümlü siyasi partiyaları arasında gərginliklərin artdığı vaxta təsadüf edir. Livan baş naziri Səad Həririnin atasının ölümü ilə bağlı bir neçə Hezbullah liderinə qarşı cinayət ittihamlarının irəli sürüləcəyi gözlənilir. Hezbulla qətl hadisəsində əli olduğundan inkar edib və BMT-nin bu işlə bağlı təhqiqatının qərəzli olduğunu deyib.

Livanın qətlə yetirilmiş sabiq baş naziri Səad Həririnin İran prezidenti ilə görüşəcəyi gözlənilir. Livanda isə bir çoxları bu səfərin məqsədinin Dövlət Departamentinin terrorçu adlandırdığı Hezbullah qrupunun qüdrətinin artacağı demək olduğunu deyirlər.

Livanlıların bəziləri isə İran liderinin səfərinin iki ölkə arasında normal diplomatik münasibətlər in təzahürü kimi görürlər. İran Livana 450 milyon dollarlıq investisiya qoymuş donor ölkədir.

XS
SM
MD
LG