Accessibility links

Livanda elektrik kəsintisi bir neçə gün davam edəcək


Livanda yanacaq çatışmazlığı ölkədəki iki ən böyük elektrik stansiyasının bağlanmasına səbəb olduğu üçün ölkə boyu mərkəzləşdirilmiş elektrik enerjisi yoxdur. Bu barədə şənbə günü hökumət rəsmisi Reutersə məlumat verib.

“Livanda elektrik şəbəkəsi bu gün gündüz vaxtında işləməyi tamamilə dayandırdı və gəln bazar ertəsinə qədər və ya bir neçə gün ərzində işləmək ehtimalı yoxdur,” rəsmi deyib.

Dövlət elektik şirkəti yaydığı bəyanatında bildirib ki, Zəhrani elektrik stansiyasındakı termoelektrik qurğunun işi dayanıb. Deir Ammar qurğusu cümə günü işləməyi dayandırıb.

“İki elektrik stansiyasının bağlanmasının “elektrik şəbəkəsinin sabitliyinə birbaşa təsir göstərdi və tam kəsilməyə gətirib çıxardı, bu arada isə əməliyyatları bərpa etmək ehtimalı yoxdur,” bəyanatda bildirilir.

Dövlət elektrik şirkəti elektrik stansiyalarını müvəqqəti olaraq işlətmək üçün ordunun neft ehtiyatlarından istifadə etməyə çalışacaq, lakin rəsmi bunun yaxın gələcəkdə baş verməyəcəyini deyib. Bir çox livanlı dizellə işləyən özəl generatorlardan asılıdırlar, lakin bu generatorların tədarükü azdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Cənubi Koreyanın impiç edilmiş prezidenti nəzarət altına alınıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG