Accessibility links

Livanda marixuana leqallaşdırıla bilər


Livanlı millət vəkili marixuananın tibbi məqsədlər üçün istifadəsini leqallaşdıran qanun layihəsi təqdim edib.

Associated Press-ə müsahibə verən Antoine Habçi bildirib ki, marixuana satışından əldə olunan gəlirdən narkotik asılılığından əziyyət çəkən şəxslərin müalicəsində istifadə etmək olar.

''Bizim təklif etdiyimiz plan alternativ tibbi marixuananın yetişdirilməsi və eyni zamanda bundan əldə edilən qazancdan narkotiklərdən asılılığı olan insanların müalicəsinə yardımı nəzərdə tutur'' - deyə, Livan parlamentinin vəkili qeyd edib.

Habçi bildirib ki, qanun layihəsi çərçivəsində marixuananın yetişdirilməsinə şəkildə nəzarət ediləcək.

Səsverməyə çıxarılmazdan əvvəl qanun layihəsinin parlamentdə bir neçə ay müzakirəsi aparılacaq.

Birləşmiş Millətlər Təşkilatının verdiyi məlumata görə, Livan Mərakeş və Əfqanıstandan sonra dünyanın üçüncü ən böyük marixuana istehsalçısıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG