Rozi Xəlifə uğurlu sahibkar və biznes məsləhətçisidir. Lakin o və ailəsi 1980-ci illərdə doğma vətənləri Livandan ABŞ-a köç edərək çətin bir immiqrant həyatı yaşayıb.
Rozi Xəlifə ABŞ-a gəlmək hüququ qazandıqaları günü xatırlayaraq deyir ki, "Anam zərfi açdı və dedi: ""Təbriklər! ABŞ-ın Green Card Lotereyasını qazanmısınız!" Və həmin an bütün həyatımız dəyişdi. Biz dörd uşağıq. Hamımız universitə getmişik. Qardaşım vəkildir. Donna isə Harvard Biznes Məktəbində oxuyub".
Lakin onların ABŞ-dakı həyatları kiçik bir mənzillə başlayıb. Uşaqlar hava ilə şişirdilən yataqda yatıb. Xəlifə deyir ki, ailəsi bu çətin illərdə daha da yaxınlaşıb.
Rozi deyir ki, "Bu adi bir immiqrant həyatı idi, düzdür? Ayadqa qalmaq üçün bunları etməli idin. Atam iki işdə işləyirdi. Anam da iki işdə işləyirdi. Bacılarım və qardaşım da yaşa dolduqdan sonra işləməyə başladı. Onlar həqiqətən də özləri üçün bir şey yaratmağı bacaran zəhmətkeş işçilər idi".
Xəlifənin atası incəsənət adamıdır. Oyuncaq almağa pulu olmadığına görə, o, uşaqlarının həyatını daha rəngarəng etmək üçün müxtəlif yollar tapdı. Onun bu yaradıcılığı Xəlifəyə və bacısı Donnaya "Surprise Ride" adlı yeni bir biznes başlatmaq üçün ilham verdi.
"O bizə həyatın çətinliklərini bir anlıq unutmaq üçün bu layihələri yaradırdı. Bunula biz yeni şeylər öyrənir və onunla eksperimentlər edirdik. Bu "Surprise Ride"-ı başlatmağın səbəblərindən biri idi. Biz indiki uşaqların ekrana yapışıb onlar üçün vacib olan heç bir yaradıcı iş görmədən böyüdüklərini gördük" deyə Rozi bildirir.
"Surprise Ride" qutuda çatdırılan abunə xitmətidir. Hər ay şirkət uşaqlar üçün fərqli bir sürpriz layihəni paket şəklində göndərir.
Onların biznes ideası bizneslərə dəstək üçün məşhur TV şousu Shark Tank tərəfindən investrolara təqdim edilmək üçün minlərlə idea arasından seçilmişdi.
Gənc sahibkarlar məhsullarını şoudakı investorlara təqdim etsələr də, onlarla müqavilə bağlamamışdılar.
Donna Xəlifə bildirir ki, "Biznesimizin davamlı olacağından əmin deyildik. Biz doğru kapitala sahib olduğumuzdan əmin deyildik, bizim məsləhətçimiz yox idi… Və o zaman, "Biz müqavilə bağlamayaraq həyatımızın ən böyük səhvinimi etdik?" deyə sual etdik. Ondan sonra birbaşa ofisə gedib hər zaman olduğu kimi işimizlə məşğul olmağa başladıq".
Lakin bacıların televiziya şousunda efirə çıxması şatışlarının bir anda kəskin şəkildə artmasına gətirib çıxardı. Onlar təkcə bir həftə sonu yarım milyon dollar dəyərində məhsul sifarişi aldı. Və bundan sonra onlar başqa bir investorla işləyərək məhsullarını mağazalarda satmağa başladı. Və onlar 2021-ci ildə şirkətlərini sataraq yeni şeyləri sınamaq qərarına gəldi.
"Biz şirkət qurub milyonlarla satış edəcək hala gətirdik və minlərlərə müştərimiz yarandı və sonra onu satdıq. Nəticədə biz qazadıqlarımızdan qadın sahibkarlar, imiqrantlar üçün nəsə etmək məsuliyyəti hiss etdik. Çünki düşünürəm ki, onlarda kapital əldə edib, bizneslərini inkişaf etdirmək üçün nə etməli olduqlarını bilmirlər" deyə Donna bildirir.
Xəlifə bacıları investorlara təqdimatlar hazırlamağa yardım edir və müştərilərə telefon vasitəsi ilə məslətələr verirlər. Onlar həmçinin qeyri-kommersiya təşkilatı ilə işləyərək biznes sahəsindəki yeni oyunçulara inkişaf etməyə kömək edirlər.