Accessibility links

BMT rəsmisi: Urmiyə gölünün durumu faciəvidir


BMT-nin İrandakı rezident-koordinatoru Qari Levis Urmiyədə olub

Bu yaxınlarda Urmiyə gölünü ziyarət edən BMT-nin İrandakı rezident-koordinatoru Qari Levis İran mediası ilə müsahibədə Urmiyə gölünün durumunu faciəli dəyərləndirərək, bu ekoloji fəlakət ilə bağlı İran dövlətinin ekologiya təşkilatını tənqid edib.“Urmiyə gölünü ziyarət edib və vəziyyətin çox faciəli olduğunu gördüm. Bu durumu düzəltmək üçün əsaslı işlər görülməlidir,” deyə BMT rəsmisi Fars xəbər agentliyi ilə müsahibədə söyləyib.

“İran dövləti və əlaqədar orqanlar gölü qurtarmaq üçün qısa zamanda hərəkətə keçməlidir. Mən indiki şəraiti dəyişdirimək istiqamətində, xüsusilə su hövzələrini idarəetmə ilə bağlı onlara bəzi təkliflər verdim,” deyə cənab Levisin sözləri Bultan News-da əks edilib.

BMT-nin rezident-koordinatorunun neçə həftə öncə həmin məsələ ilə bağlı XəbərOnline veb səhifəsi ilə apardığı müsahibə Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının (UNDP) saytında dərc edilib.

“Urmiyə gölünü ziyarət etdiyimdə, gördüklərim məni dəhşətə gətirdi. Mən quru, boş və ağ bir duz yatağı gördüm, bir zamanlar göl olan duzların yel ilə sovrulduğunu gördüm, duzlu havanın bütün ətrafdakı əkin sahələrinə dağıldığın gördüm... Bölgə əkinçiliyi təhlükə altındadır. Əkinçiliyin təhlükə altında olması, yaşayış vasitələrinin təhlükədə olması deməkdir.İqtisadi baxımdan keçinə bilməyən xalq başqa xalqların yaşadığı torpaqlara köçər. Bu isə gərginlik və fəsada səbəb olar. Buna görə, yaşanmaqda olan faciənin insani tərəfi məni narahat edir. Bunun ekoloji tərəfi də narahat edicidir. Mən gerçəkdən bu gördüklərimi gözləmirdim,Urmiyə gölündəki şərait məni şok etdi,” deyə Qari Levis Urmiyə gölünü ziyarət etdikdən sonra təəssüratını Xəbər Online ilə müsahibədə ifadə edib.
XS
SM
MD
LG