Accessibility links

Liviyada Qəzzafi dövründən qalmış kimyəvi silahlar bütütünlüklə zərərsizləşdirilib


Liviyanın xarici işlər naziri diktator Müammar Qəzzafi dövründən qalmış kimyəvi silahların son hissəsinin zərərsizləşdirildiyini bildirib.

Tripolidə müxbirlərin suallarına cavab verən Məhəmməd Əbdüləziz deyib ki, zərərsizləşdirilmiş silahlar xardal qazı ilə doldurulmuş mərmilərdən ibarətdir.

Kimyəvi Silahlara Qadağa təşkilatının rəhbəri Əhməd Üzümcü ABŞ və Almaniya nümayəndələri ilə birlikdə silahların zərərsizləşdirildiyi obyekti ziyarət edib.
O, əməliyyatı böyük nailiyyət kimi qiymətləndirib.

2-ci kateqoriyaya aid kimyəvi maddələrdən kimyəvi silah istehsalının ilkin mərhələsində istifadə edilir.

Liviya beynəlxalq silah müqaviləsini 2004-cü ildə imzalayıb və 2010-cu ildə əməliyyatın dayandırılmasına qədər illərdir toplanmış kimyəvi silah ehtiyatlarını məhv edirdi.

Müəmmar Qəzzafinin hakimiyyətinin devrilməsindən sonra yaradılmış yeni müvəqqəti hökumət daha da çox silahın aşkar edildiyini və onların zərərsizləşdirilməsi prosesinə ötən il yenidən başlanıldığını elan edib.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG