Accessibility links

Liviya üsyançılarının lideri Avropaya səfərini davam etdirir


Liviya üsyançılarının lideri Avropaya səfərini davam etdirir
Liviya üsyançılarının lideri Avropaya səfərini davam etdirir

Liviya Milli Keçid Şurasının rəhbəri Liviyanın milyardlarla dollar dəyərində dondurulmuş vəsaitlərinə çıxışı təmin etmək üçün Avropa ölkələrinə səfərini davam etdirir. Mahmud Cibrilin Fransa prezidenti Nikolas Sarkozi ilə görüşündən bir gün sonra İtaliya baş naziri Silvio Berluskoni ilə görüşü nəzərdə tutulub. Fransada ikən cənab Cibril deyib ki, Liviyada yenidənqurma uğrunda daha geniş və qızğın mübarizə hələ başlamayıb. O, Fransa hökumətindən Liviyanın dondurulmuş vəsaitlərinə çıxışı mümkün qədər tez açmağı xahiş edərək bu böhranın Avropa ölkələri ilə strateji əməkdaşlığa başlanğıc olduğuna ümid etdiyini bildirib.

XS
SM
MD
LG