Bu gün Liviya televiziyasında yayımlanan audio müraciətdə Müəmmər Qəzzafi NATO-nun gün ərzində hava hücumlarından sonra NATO-nu məğlub edəcəyinə and içib. Qəzzafi xalqı ruhlandırmağa çalışaraq səsini ucaldıb, dünya liderlərinin istefa çağırışlarına baxmayaraq, təslim olmayacağını deyib. Liviya liderinin mesajı Tripolidə onun tərəfdarlarının keçidiyi nümayiş vaxtı yayımlanıb. Qəzzafiyə sadiq qüvvələr bu gün Misrata şəhərini hədəf alıb. Hücum nəticəsində 10 adam həlak olub, 40 nəfər yaralanıb.