Liviya beynəlxalq ictimaiyyəti terrorismlə mübarizədə kömək göstərməyə çağırıb.
Çərşənbə günü yayımlanan bəyanatda ölkənin keçid höküməti bildirib ki, Liviya şəhərlərini terrorizmdən təmizləmək üçün Birləşmiş Millətlər Təşkilatının dəstəyinə ehtiyac var.
Bəyanatda terror qruplarının Benqazi, Sirt və başqa ərazilərdə fəaliyyət göstərdiyi deyilir.
Bazar ertəsi Benqazidə avtomobilə yerləşdirilmiş bombanın partlaması nəticəsində yeddi nəfər həlak olmuşdu.
Hökümət Müəmmar Qazzafinin 2011-ci ildə devrilməsindən sonra ölkədə təhlükəsizliyin təmin edilməsində çətinlik çəkir. Qazzafinin devrilməsində köməklik göstərmiş milis qrupu hazırda ölkənin şərqində bir çox əsas limanlara nəzarət edir.
Müvəqqəti hökumət Liviya xüsusi hərbi qüvvələrinə həmin limanların nəzarətini ələ keçirmək üçün əmr verib.