Accessibility links

Tripolidə ağır döyüşlər gedir


BMT-nin Liviya üzrə baş diplomatı Hassan Salami paytaxt Tripolidəki döyüşləri pisləyərək, bu döyüşlərin general Xəlifə Həftarın bu ayın əvvəlindən şəhəri ələ keçirmək üçün hücumlara keçdiyindən bəri ən ağır döyüşlər olduğunu deyib.

BMT sözçüsü Stefani Dujaric Nyu-Yorkda müxbirlərlə görüşü zamanı azı beş mülki vətəndaşın öldüyünü, bir neçə nəfərin isə yaralandığını bildirib. “BMT-nın Liviyadakı dəstək missiyası ağır silahlar və qumbaralarla edilən hücumlar zamanı evlərə, məktəblərə və infrastruktura vurulan ziyanı qınayır. BMT baş katibinin xüsusi nümayəndəsi Hassan Salami humanitar barışıq yolunda səylərini davam etdirir” - deyə, sözçü bildirib.

BMT-nin Təhlükəsizlik Şurası təcili olaraq döyüşlərin dayandırılması və atəşkəs elan edilməsi ilə bağlı qətnamənin üzərində işləyir.

2011-ci ildə diktator Müəmmar Qəzzafinin devrilməsindən və öldürülməsindən sonra Liviya iqtisadi böhran və xaos içərisindədir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG