Accessibility links

Liviyada saxlanılan 7 Türkiyə vətəndaşı azad edilib


Liviyanın şərqində saxlanılan 7 Türkiyə vətəndaşı sağ-salamat Türkiyəyə aparılıb.

Bunu ölkənin Xarici İşlər Nazirliyi bazar günü bildirib.

Dövlət Anadolu xəbər agentliyinin məlumatına görə, 7 nəfər əsasən restoran işçiləri olub və 2 ildir Liviyada saxlanılıb.

Anadolu xəbər verib ki, Qətər kəşfiyyatı Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) ilə 7 türkün təhlükəsiz şəkildə sərbəst buraxılması üçün əməkdaşlıq edib.

Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Liviya və Qətərin töhfəsinə, xüsusən də vətəndaşlarımızın azad edilməsi prosesinə töhfə verən müvafiq qurumlara təşəkkür edirik”.

Türkiyə Liviyanın şərqində yerləşən general Xəlifə Haftar qüvvələrinin hücumunu dəf etmək üçün Tripolidə yerləşən Milli Razılıq Hökuməti (UMH) ilə imzalanmış hərbi əməkdaşlıq haqqında 2019-cu il sazişi çərçivəsində Liviyaya qoşun yeritmişdi.

XS
SM
MD
LG