Accessibility links

Liviya üsyançıları ölkənin qərbinə doğru irəliləyirlər


Liviya üsyançıları ölkənin qərbinə doğru irəliləyirlər
Liviya üsyançıları ölkənin qərbinə doğru irəliləyirlər

Liviya üsyançıları Tunislə sərhəddə mühüm məntəqəni ələ keçirdiklərini, amma qərbi Züvarah şəhəri uğrunda döyüşlərin getdiyini xəbər verirlər.

Müxalifət döyüşçüləri Züvaraha doğru irəliləyərkən Müəmmər Qəzzafiyə sadiq qüvvələrin sərt müqaviməti ilə üzləşiblər. Tripoliyə gedən mühüm təchizat yolu Züvarahdan keçir. Sahil şəhəri Tunislə sərhəddən 50 kilometr məsafədə yerləşir.

Cümə günü üsyançılar eyni yolun üstündə yerləşən Ras Adcir qəsəbəsini ələ keçirdilər.

Paytaxt sakinlərinin çoxu bu günlərdə elektrik və su çatışmazılığından əziyyət çəkirlər. Milli Keçid Şurasının sözçüsü Mahmud Şammam deyib ki, müxalifət Tripoli əhalisi üçün bu "çətin periodu" qısaltmaq üçün əlindən gələni edir.

Bu arada NATO təyyarələri Qəzzafinin doğma şəhəri Sirtedki bunkerini bombardman ediblər. Sirte Qəzzafinin gizləndiyi yerlərdən biri hesab edilir.

XS
SM
MD
LG