Accessibility links

Liviya üsyançıları paytaxta doğru irəliləyir


Liviya üsyançıları paytaxta doğru irəliləyir
Liviya üsyançıları paytaxta doğru irəliləyir

Ölkənin qərbindəki dağlıq qəsbəni ələ keçirməklə Liviya üsyançıları paytaxt Tripoliyə yaxınlaşdıqlarını deyirlər.

Üsyançılar Müəmmər Qəzzafi tərəfdarları ilə ağır döyüşlərdən sonra Ğəryan qəsbəsini tutduqlarını bildirmişdilər. Lakin sonradan Qəzzafiyə sadiq qüvvələr toparlanaraq qəsəbəyə qayıtmışdlar.

Ğəryan Tripolidən 100 kilometr məsafədə yerləşir.

Dünən üsyançılar iki əsas cəbhədə irəlilədiklərini xəbər veriblər. Onlar strateji neft limanı Breqanın dərinliklərinə doğru irəlilədiklərini və Zaviya şəhəri üzərində nəzarəti gücləndirdiklərini deyirlər.

XS
SM
MD
LG