Accessibility links

Liviyanın baş nazir müavini istefa verib


Liviyanın baş nazir müavini hökumətin siyasətinin baş tutmaması və silsilə siyasi qətllərdən sonra ölkədə təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsini qeyd edərək vəzifəsindən istefa verib.

Avad Əl-Barassi istefasını çənbə günü ölkənin Liviyanın şərqində yerləşən Benqazi şəhərində elan edib. Benqazi və ətrad bölgələrdə baş alıb gedən zorakılıqlar və qətllərlə əlaqədar ictimai qəzəbin artdığı müşahidə edilir.

Liviya rəsmiləri Müəmmar Qəzzafi diktaturasının süqutundan sonra ölkədə qayda-qanunin bərqərar edilməsi, ordu və polis qüvvələrinin yaradılması işində ciddi çətinliklərlə qarşılaşıb.
XS
SM
MD
LG