Accessibility links

Liviyada sənaye nazirinin müavini öldürülüb


Liviya rəsmiləri sənaye nazirinin müavini Həsən əl-Durinin paytaxt Tripolidən 400 kilometr məsafədə yerləşən Sirte şəhərində öldürüldüyünü bildirib.

Libya Herald qəzetinin verdiyi məlumata əsasən, nazir müavini doğma şəhəri olan Sirtedə bazar yaxınlığında axşam namazından sonra güllə ilə vurulub öldürülüb.

Hadisəyə görə məsuliyyəti öz üzərinə götürən olmayıb.

Müəmmar Qəzzafi hökumətinin süqutundan sonra Liviyada ordu və təhlükəsizlik rəsmilərinin hədəf alındığı zorakılıq aktlarının baş verdiyi müşahidə edilir.
XS
SM
MD
LG