Accessibility links

Liviyada hakimiyyət uğrunda mübarizə gedir


Liviyada istefada olan generalın hakimiyyət uğrunda siyasətdə üstünlüyə malik olan islamçılara qarşı başladığı üsyana xüsusi təyinatlı qüvvələrin qoşulması ölkədə gərginliyin artmasına gətirib çıxarıb.

Xüsusi təyinatlı qüvvələrin komandiri təqaüddə olan general Xəlifə Haftar və onun Milli Liviya Ordusunu dəstəkləyəcəyini bildirib.

Tripolidə parlament binasının atəşə tutulması və qanunvericilərin ofislərinin talan edilməsi islam yönümlü parlamentin bazar günü fəaliyyətini dayandırması ilə nəticələnib.

Özünü millətçi kimi təqdim edən Hartar Liviyanı islamçı ekstremistlərdən qorumaq üçün terrorizmə qarşı müharibəyə başladığını deyib.

Sabiq generalın Tripoliyə nəzarət edə biləcək qüvvələrə malik olub-olmadığı tam aydın deyil.

Liviya parlamenti islamçı və qeyri-islamçı qüvvələr olaraq iki yerə ayrılıb. Hər iki tərəf yeni seçkilərin keçirilməsi və yeni hökumətin yaradılması məsələlərində razılıq əldə edə bilmir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ COVID-19 peyvəndinin gücləndirici dozasını təsdiqləyib
please wait

No media source currently available

0:00 0:11:54 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG