Azı 11 liviyalı üsyançı Misrata şəhəri yaxınlığında gedən döyüşlərdə həlak olub.
Həkimlər və üsyançılar deyirlər ki, ölüm halları dünən Liviya lideri Müəmmər Qəzzafiyə sadiq qüvvələrin Misrata şəhəri civarındakı hədəfləri bombalamasından sonra baş verib.
Hekme hospitalının həkimi Feysəl əl-Kasem deyib ki, artilleriya atəşləri 35 nəfərin yaralanmasına və dörd adamın ölümünə səbəb olub. Yaraların çoxu baş və sinə nahiyələrindən alınıb.
Bu arada Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Liviyadakı münaqişəyə siyasi həll yolu tapılacağına ümidini izhar edib.
O, Milli Keçid Şurasının maliyyə problemləri ilə üzləşdiyini bildirib və Liviya xalqına humanitar yardımın atırılmasını təklif edib.
Davudoğlu bu bəyanatı Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı Şeyx Abdullah Bin Zayed əl Nəhyan və Liviya müxalifətinin lideri Mahmud Cibrillə görüşündə verib.
NATO-nun Liviyadakı kampaniyasına iştirak edən dövlətlərin daxil olduğu Liviya Təmas Qrupu ayın sonunda konfrans keçirməyə hazırlaşır.
Bu arada Qəzzafinin oğullarından biri ailəsinin ölkəni tərk etməyəcəini bəyan edib.