Accessibility links

Liviyada atəşkəs sülh razılığı ilə bağlı ümidləri artırıb


Liviyada atəşkəs sülh razılığı ilə bağlı ümidləri artırıb
please wait

No media source currently available

0:00 0:02:35 0:00

Rusiya bildirir ki, Moskvada Liviyadakı atəşkəslə bağlı aparılan danışıqlarda irəliləyiş əldə olunub, lakin rəqib qüvvələr arasında hələ ki, razılıq imzalanmayıb. Ölkənin şərqində Xəlifə Həftarı dəstəkləyən Rusiya Həftarın rəqibi, Tripolidə qərargahlanan və BMT-nin dəstəklədiyi Milli Birlik Hökümətini müdafiə etmək məqsədilə Liviyaya qoşun göndərməyi nəzərdə tutan Türkiyə ilə birlikdə atəşkəsin əldə olunmasına vasitəçilik edib. Bu münaqişəyə getdikcə daha çox xarici qüvvələr cəlb olunur. Bununla orada uzunmüddətli sülhlə bağlı razılığın əldə olunacağına dair ümudlər artsa da, onların müdaxiləsinin əks təsirlərinin olacağına dair narahatlıqlar da mövcuddur.

Liviyada kəskin bölünmələr mövcuddur. İki rəqib administrasiya ağır silahlara sahibdir və bir neçə xarici qüvvələr tərəfindən dəstəklənir. Şərqdə Xəlifə Həftarın qüvvələri bir həftə öncə ələ keçirdikləri Sirte şəhərində hakimiyyətini gücləndirir.

Həftar ötən aprel ayında Tripolidə qərargahlanan BMT-nin dəstəklədiyi baş nazir Faiz Sərracın Milli Birlik Hökümətinə hücum edib. Lakin orada yenidən sülhün bərpa olunacağına dair ümidlər artıb.

İki tərəf bazar günündən etibarən atəşkəsə dair razılıq əldə edib. Təhlilçi Klaudia Qazzini deyir ki, Ankaranın müdaxiləsinə səbəb regionda üstünlüyə sahib olmaq istəməsidir.

“Əlbəttə ki, onlar Həftar və onun qüvvələrinin Tripoliyə zəfər yürüşünün və tamamilə Həftarın və beləliklə Misir, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının xeyrinə olacaq siyasi həll yolunun qarşısını almaq istəyir. Ankaranın isə bu ölkələrlə münasibətləri onsuz da çətindir”, Beynəlxalq Böhran Qrupundan Klaudia Qazzini deyir.

Türkiyə həmçinin Tripoli höküməti ilə Aralıq Dənizindəki sərhədlərlə bağlı əldə etdiyi razılığı qorumaq istəyir.

“Türkiyə bu razılıqladan istifadə edərək Misir, İsrail, Kipr və Yunanıstanın Aralıq Dənizinin şərqindən Avropaya qaz ixrac etmək cəhdlərinin qarşısı almaq istəyir”, Qazzini deyib.

Həftarın qüvvələri Ankaranın müdaxiləsini qınayaraq bunu “Türkiyənin işğalı” adlandırıb. Qazzini deyir ki, Türkiyənin müdaxiləsinin sülh əldə etmək şanslarını azaltaq ehtimalı var.

“Türkiyə Tripolidə qərargahlanan höküməti dəstəklə təmin edir, onları və onların ətrafındakı hərbi və siyasi fiqurları daha sərt, güzəştlərə getməyən mövqe qəbul edib, danışıq aparmağı və atəşkəs əldə etməyi rədd etməyə təşviq edir”, Qazzini söyləyir.

Hələ ki, belə görünür atəşkəsə əməl olunur. Rusiya, Türkiyə və Liviyadakı hər iki tərəfdən rəsmilər bazar ertəsi Moskvada bir araya gəlib. Rəsmi Berlin də bu ayın sonunda Liviyada sülh konfransı keçirmək planlarını açıqlayıb. Türkiyə prezidenti bazar ertəsi təkid edib ki, onun müdaxiləsinin məqsədi həll yolu tapmaqdır.

“İnşallah biz Berlindəki danışıqlar nəticəsində bu atəşkəsin möhkəm təməllərini atacağıq”, Rəcəb Tayyib Ərdoğan deyib.

Liviyada 2011-ci ildə Müəmmar Qəzzafi devriləndən bəri sülhdən əsər əlamət yoxdur. Həll yolu tapmaq üçün səylər aparılsa da, təhlilçilər xəbərdarlıq edir ki, xarici ölkələrin müdaxiləsi bölgüləri daha da artıra bilər.

Şərhlərə bax

XS
SM
MD
LG