Accessibility links

Liviyada rəqib qüvvələr arasında toqquşma: Tripoli hava limanına böyük ziyan dəyib


Tripolinin əsas mülki və hərbi hava limanı olan Mitiqa Hava Bazası şənbə günü komandir genral Xəlifə Həftara sadiq qüvvələrinin raket hücumuna məruz qalıb. Hava limanındakı bəzi infrastruktur və bir neçə sərnişin təyyarəsin böyük ziyan dəyib.

Hücum Həftara sadiq qüvvələrlə rəqib Tripolidə qərargahlanan hökümət arasında döyüşlər son günlər ərzində intensivləşdiyi vaxta təsadüf edib. Hər iki tərəf digərinin hərbi bazalarını hədəf alıb.

Ərazidə çəkilən həvəskar videoda şənbə günü Mitiqa Hava Bazası üzərində qalın dumanın olduğu göstərilib. Həftarın qüvvələri hava bazasının onlarla Qrad raketi ilə hədəf alıb.

Tripolidə qərargahlanan rəqib hökümət iddia edir ki, bazaya böyük ziyan dəyib. Hökümətin hərbi sözçüsü deyib ki, yanacaqların saxlandığı çənlət, yanğınsöndürən maşınlar, bir neçə sərnişin təyyarəsi və mülki sərnişin terminalları zədələnib. Həftarın qüvvələri hava limanının hərbi hissələrinin də zədələndiyini iddia edir.

Tripolinin beynəlxalq ictimaiyyət tərəfindən tanınan baş naziri Fayez Sərracın tərəfdarları iddia edir ki, Mitiqa Hava Limanının yaxınlığındakı mülki ərazilərdə raketlərə tuş gəlib və nəticədə bir neçə mülki şəxs həyatını itirib. Amerikanın Səsi bu iddianı təsdiqləyə bilməyib.

Hər iki tərəf son günlərdə bir-birilənin strateji hərbi bazalarına hücum edib, böyük itkilərə səbəb olub. Sərraca sadiq qüvvələr Həftarın Liviyanın Tunislə sərhəddə yerləşən əl Vutia Hava bazasına hücum edib. Həftarın qüvvələri isə Sərracın qüvvələtinin Misrata və Tripolidə nəzarət etdiyi bazaları bombalayıb.

Liviya üzrə təhlilçi Məhəmməd Fəthi ərəb mediasına bildirib ki, Fransa və İtaliya “öz milli maraqlarına görə” Liviyadarəqib tərəfləri dəstəkləyir. Bundan əlavə qonşuluqdakı ərəb ölkələrinin bəziləri Tripolidəki höküməti dəstəkləyir, bəziləri isə ona qarşı çıxır.

Qətər və Türkiyə Tripolidə qərargahlanan Milli Birlik Hökümətini dəstəkləyir, Misir, BƏƏ, Fransa, Səduiyyə Ərəbistanı və Rusiya onun əleyhinə çıxır. ABŞ-ən Tripolidəki səfirliyi bütün tərəfləri “döyüşlərə son qoymağa və danışıq masasına geri dönməyə” çağırıb.

XS
SM
MD
LG