Accessibility links

Liviyada təyyarə qəzası baş verib


Airbus A330 markalı təyyarədə 93 sərnişin və 11 ekipaj üzvü var idi.

Liviyada sərnişin təyyarəsinin paytaxt Tripoli yaxınlığında qəzaya uğraması nəticəsində 103 adam həlak olmuş, cəmi bir nəfər sağ qalmışdır. Cənubi Afrikanın Yohannesburq şəhərindən gələn Afrikiyya Hava Yolları şirkətinə məxsus təyyarə Tripoli aeroportunda yerə enərkən qəzaya uğrayıb. Airbus A330 markalı təyyarədə 93 sərnişin və 11 ekipaj üzvü var idi. Rəsmilər 8 yaşlı hollandiyalı oğlanın qəzadan sağ çıxan yeganə adam olduğunu bildirir. Ölkənin nəqliyyat naziri Məhəmməd Əli Zidan indiyədək 96 cəsədin tapıldığını təsdiq edərək qəzaya terrorizmin səbəb olmadığını bildirib.

XS
SM
MD
LG