Accessibility links

Liviyada üsyançılar geri çəkilirlər


Liviyada üsyançılar geri çəkilirlər
Liviyada üsyançılar geri çəkilirlər

Bir vaxtlar şəhərə nəzarət edən usyançılardan yalnız bir neçə qrup müqavimət göstərmək üçün şəhərdə qalıb

Müəmmar Qəzzafiyə qarşı üsyan qaldırmış qüvvələr ölkə boyu uğradıqları ağır məğlubiyyətlərin ardınca geri çəkilməyə başlayıblar.

Usyançılar şərqi neft limanı Ras Lanufdan geri çəkiliblər. Bir vaxtlar şəhərə nəzarət edən usyançılardan yalnız bir neçə qrup müqavimət göstərmək üçün şəhərdə qalıb.

Üsyançılar Qəzzafi tərəfdarlarının əraziyə nəzarəti ələ keçirmək üçün hava, yer və dənizdən hücum etdiklərini bildiriblər. Dünən usyançıların rəhbərliyi Tripoli yaxınlığındakı Zaviyə şəhərinin bir neçə gün sürən müqavimətdən sonra yenidən Qəzzafi tərəfdarlarının əlinə keçdiyini etiraf edib.

Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti Liviyada əsl vətəndaş müharibəsinin cərəyan etdiyini bildirib. BMT indiyədək münaqişə əsnasında 1000-dən çox admaın öldüyünü, 250 000 adamın ölkəni tərk etdiyini təxmin edir.

XS
SM
MD
LG