Accessibility links

Liviyada vaxtı ötmüş ərzaq və dərmanlar ələ keçirilib


Liviyada vaxtı ötmüş ərzaq və dərmanlar ələ keçirilib
please wait

No media source currently available

0:00 0:01:16 0:00

Zəif nəzarət edilən sərhədlərdə yalnız qanunsuz narkotiklər və ya nəsli kəsilməkdə olan heyvanların hissələrinə rast gəlmək olmur. Sərhədlərdə Livivaya daşınan müddəti keçmiş ərzaq məhsulları və dərmanların da sayı az deyil.

Dekabrın ayının yalnız 1-cə günü Liviyanın təhlükəsizlik qüvvələri liman şəhəri Misratada 72 min dollar dəyərində ərzaq və dərman ələ keçirib. Milli Keçikçilərin rəhbəri bu sayda malın müsadirə edilməsindən heyrətə gəldiyini deyir.

"Bu, ölkənin nə vəziyyətdə olduğuna dair bir həqiqətdir. Təhlükəsizliyin süqutu, sərhədlərin yaxşı qorunmaması. Bu vəziyyətdən səviyyəsiz alverçilər faydalanır. İdxal edilən məhsullar istifadə standartlarına riayət etmir. Məhsullar köhnədir. Bu malları dükanlarda görürük " - deyə, Misrata Milli Qvardiyasının rəhbəri Yusif Əl-Nəbasi bildirib.

Liviyanın Ərzaq Nəzarəti idarəsi ərzaq, yuyucu vasitələr və dərman satan mağazalarda inspeksiya kampaniyasına başlayıb.

Bundan əlavə apteklərdə vaxtı ötmüş dərmanlar, meyvə şirəsi, spirtsiz işçilər, biskvitlər, konservlər və uşaq dərmanlarının satışına qadağa tətbiq edilib.

Müsadirə edilmiş malların hamısı ictimai təhlükəsizlik səbəbi ilə məhv ediləcək.

XS
SM
MD
LG