Accessibility links

Liviyada yeni hökumət qüvvələri Qəzzafinin yurdunu mühasirəyə alıb


Liviyada yeni hökumət qüvvələri Qəzzafinin yurdunu mühasirəyə alıb
Liviyada yeni hökumət qüvvələri Qəzzafinin yurdunu mühasirəyə alıb

Liviya müvəqqəti hökumətinə sadiq qüvvələr NATO hərbi təyyarələrinin köməyi ilə Müəmmər Qəzzafinin doğma yurdu Sirti mühasirəyə alıblar. Bu arada yüzlərlə mülki vətəndaş ərazini tərk etməyə çalışır.

NATO təyyarələri Qəzzafi tərəfdarlarının mövqelərini üçüncü gün ardıcıl olaraq bombardman etdikcə Milli Keçid Şurasının əsgərləri Sirtə doğrui irəliləyiblər. NATO-nun hədəfləri sırasında komandanlıq mərkəzi və sursat anbarı olub.

Misratada qərargahlanan Milli Keçid Şurasının əsgərləri Sirtdən qaçan vətəndaşlara ərzaq və su paylayıblar. Onlar həmçinin siyahı vasitəsilə qaçanların Qəzzafi loyalistləri olub-olmadıqlarını yoxlayıblar. Şəhəri tərk edənlərdən bəziləri saxlanılıb.

XS
SM
MD
LG