Accessibility links

Liviyalılar inqilabın ildönümünü qeyd edirlər


Liviyalılar inqilabın ildönümünü qeyd edirlər
Liviyalılar inqilabın ildönümünü qeyd edirlər

Liviyalılar 42 il ölkəyə diktatorluq etmiş Müəmmər Qəzzafinin devrilməsi ilə nəticələnən inqilabın birinci ildönümünü qeyd edirlər.

Cümə namazının ardınca yüzlərlə əllərində bayraq yelləyən adamlar üsyanın başlanğıc məkanı olan Benqazi şəhərinin mərkəzi meydanında toplaşıblar. Təhlükəsizlik rəsmiləri Benqazidə sayıqlığı artırıblar. Başqa şəhərlərdə yollarda yoxlama postları quraşdırılıb.

Paytaxt Tripoli və bütün ölkə boyu başqa şəhərlərdə də şənliklər olub.

Spontan şənliklər dünən gecə başlayıb.

Liviyanın yeni hökuməti inqilabda ölənlərin xatirəsinə hörmət əlaməti olaraq rəsmi səviyyədə bayram tədbirləri keçirmir.

Ağ Ev açıqladığı bəyanatda Liviya xalqını tarixi inqilab münasibətilə təbrik edib. Rəsmi Vaşinqton Liviya xalqının qəddar rejimi məğlub edərək azadlığını qazandığını bildirib.

XS
SM
MD
LG