Accessibility links

Liviya İspaniyanın yardım qrupunun iddialarını rədd edib


Migrants aboard the Open Arms aid boat, of Proactiva Open Arms Spanish NGO, react as the ship approaches the port of Barcelona, Spain, Wednesday, July 4, 2018. The aid boat sailed to Spain with 60 migrants rescued on Saturday in waters near Libya, after i

Liviyanın sahil keşikçiləri İspaniyanın yardım qrupunun iddialarını rədd edib. Qrup onları Aralıq dənizində 2 qadın və 1 uşağın ölümünə görə günahlandırıb.

Liviyanın sahil keşikçilərinin sözçüsü Əyub Qasım bildirib ki, sahil qvardiyası 160 sərnişini daşıyan qayığı saxlayıb.

İspaniyanın “Açıq qucaq” yardım qrupunun direktoru Oskar Kamps sahil qvardiyasının bəzi sərnişinləri arxada buraxdıqlarını deyib.

"Bu gün biz 2 qadın və 1 körpənin cəsədini, habelə həyatda olan bir qadını aşkar etdik. Qalanlar isə qvardiya adlandırılan keşikçilər tərəfindən aparılıb”- deyə o bildirib.

Kamps miqrantların ölmündə İtaliyanın miqrant axınını dayandıracağına vəd verən populist hökumətini də günahlandırıb. İtaliyanın baş naziri isə ölüm hallarının məsuliyyətini daşımadığını deyib.

BMT-nin Miqrasiya Agentliyi iyul ayının 15-dəl Aralıq dənizində 1400-dən artıq miqrantın boğulduğunu bildirir.

XS
SM
MD
LG