Accessibility links

Liviyanın yaşayış bölgələrinə raket hücumu olub


Liviyanın paytaxtı Tripoli şəhərinin cənub-qərbindəki yaşayış bölgəsinə cümə axşamı havadan raket zərbələri endirilib. Artıq iki həftədir BMT tərəfindən dəstəklənən hökümət qüvvələri ilə ölkənin şərqindəki Liviya Milli Ordusu arasında qarşıdurma davam edir.

Almaniyanın BMT-dəki səfiri Kristof Heusgen raketlərin mülki bölgələrə atılması ilə bağlı narahatlığını dilə gətirib.

"Biz vahid Şura tərəfindən hazırlanan güclü qətnamə istəyirik. Bu qətnamədə kimin məsuliyyət daşıdığı aydın göstərilməli və hər kəs də bu qətnaməni dəstəkləməlidir. Əks halda bu çox məyusedici vəziyyətə gətirib çıxarda bilər."

BMT Təhlükəsizlik Şurasının sədri Heusgen cümə axşamı Nyu-Yorkda jurnalistlərə bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Liviyadakı səfiri ölkədə silahların yayılmasından çox narahatdır.

BMT-nin Təhlükəsizlik Şurası təcili olaraq döyüşlərin dayandırılması və atəşkəs elan edilməsi ilə bağlı qətnamənin üzərində işləyir. 2011-ci ildə diktator Müəmmar Qəzzafinin devrilməsindən və öldürülməsindən sonra Liviya iqtisadi böhran və xaos içərisindədir.

XS
SM
MD
LG