Accessibility links

Lombok adasında daha iki zəlzələ


İondoneziyanın Lombik adasında bu gün 6.9 bal gücündə zəlzələ qeydə alınıb. Daha bir zəlzələ 6.3 bal gücündə müşahidə edilib.

Hər iki zəlzələ demək olar ki, eyni vaxt baş verib. Torpaq sürüşməsi sakinləri qaçmağa məcbur edib. Ölənlər və yaralılar barədə məlumat verilmir.

Bundan əvvəl bu adada baş verən zəlzələlər 400-dən çox insanın ölümünə səbəb olmuşdu.

ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzi 7.0 bal gücündə zəlzələnin avqustun 5-də qeydə alındığını bildirib.

Sunami xəbərdarlığı verilsə də, sonradan ləğv edilib.

Yerli sakinlərin Amerikanın Səsinə bildiridiyinə görə, zəlzələ insanların məscidə toplaşdığı vaxt baş verib. İnsanlar yeraltı təkanlar səbəbi ilə küçələrə axışıb.

Avqustun9-da İndoneziyanın Lombok adası və ona qonşu Bali adasında 6,2 bal gücündə zəlzələ baş verib.

XS
SM
MD
LG