London şəhəri nəqliyyat idarəsi təhlükəsizlik və güvənlilik narahatlığı səbəbi ilə Uber-in lisenziyasını yeniləməyəcək.
Bu barədə açıqlamanı London şəhəri nəqliyyat idarəsi "London üçün nəqliyyat" (TfL) açıqlayıb. Uber orqanın qərarının "gözlənilməz və səhv" olduğunu, şirkətin bu qərardan şikayət edəcəyini bildirb.
London üçün Nəqliyyat (TfL) bazar ertəsi yaydığı açıqlamada deyilir ki, bu qərara səbəb əsas problem Uber sisteminin qeydiyyatdan keçməyən sürücünün digər Uber sürcüsünün profilini götürüb öz fotosunu yükləyərək sərnişin daşıya bilməsinə icazə verməsidir. Ən azı 14,000 daşınmada sadəcə şəkli özgə profilə yerləşdirilmiş sürücünün iştirak etməsi sərnişinlərin həyatını riskə qoyur.
Bu o deməkdir ki, vəsiqəsi olmayan şəxslər - və konkret bir halda vəsiqəsi ləğv edilmiş sürücü tərəfindən həyata keçirilən həmin daşınmaların heç biri sığortalanmayıb
TfL əlavə edib ki, hazırda Uber-in sərnişinləri qoruya biləcək sağlam bir sistem dəşikliyi edəcəyinə etimad yoxdur.
Digər tərəfədən, Uber-in Şimali və Şərqi Avropa üzrə müdiri Ceymi Heyvard nəqliyyat qurumunun Uber-i iki ay əvvəl "uyğun və düzgün bir operator kimi qəbul etdiyini və daha da irəli geməyə hazır" olduqlarını deyib.
O, həmçinin son iki ay ərzində Londondakı bütün sürcüləri yoxlamadan keçirdiklərini və gələcəkdə bu prossesi daha da gücləndirəcəklərini əlavə edib.