Accessibility links

Amerikalı üzgüçü son Olimpiya qələbəsini qazanmaq əzmindədir


Maykl Felps 200 metrlik üzgüçülük üzrə qarışıq stildə Olimpiya yarışında iştirak edəcək

Cümə axşamı Amerika üzgüçüləri Maykl Felps və Rayn Lokt son dəfə London-2012 Olimpiyadasında qarşılaşacaqlar.

Felps 200 metrlik üzgüçülük üzrə qarışıq stildə qızıl medala sahib olmaq üçün əfsanəvi karyerasının son Olimpiya yarışında iştirak edəcək. O, qalib gəldiyi təqdirdə Olimpiya oyunlarının eyni sahəsində ardıcıl olaraq qələbə qazanan ilk üzgüçü olacaq. Bununla yanaşı o, 20 medal qazanmaqla tarixdə öz yerini mühkəmlətmiş çox şöhrətli olimpiyaçı olacaq.

Bazar günü cütlüyün ilk 400 metrlik qarışıq stildə fərdi üzgüçülük yarışı çərçivəsində Felps Loktdan sonra dördüncü yerdə qərarlaşdı.

Gimnastikada qadınlar arasında keçiriləcək fərdi yarış çərçivəsində amerikali Qabi Duqlas ikinci qızıl medalı qazanmaq üçün mübarizə aparacaq. Onun komanda yoldaşı Aleksandra Raisman və Rusiyadan olan Aliya Mustifina və Viktoriya Komova da mübarizə aparacaqlar.

Britaniya qadınlar və kişilər arasinda velosiped yarışlarından daha çox qızıl medal qazanmaq əzmindədir.
XS
SM
MD
LG