Accessibility links

London Olimpiadasında yüngül atletika yarışları başlayir


İndi diqqət üzgüçülükdən qaçıcılığa yönəlir

Cümə günü 2012-ci il London Olimpiya oyunlarında diqqət üzgüçülükdən yüngül atletikaya yönəlir. Bu gün həm də amerikalı üzgüçü Maykl Felps Olimpiya oyunları ilə vidalaşacaq.

Felps London Olimpiya oyunlarında 100 metrlik baterflay üzgüçülüyü üzrə üçüncü qızıl medalı qazanmağa cəhd edəcək. O qalib gələcəyi təqdirdə 2004 və 2008-ci illərdə əldə etdiyi qələbələrdən sonra ardıcıl olaraq üçüncü dəfə qızıl medala sahib olacaq. Müsabiqədə Felpsi 200 metrlik baterflay üzgüçülüyündə gözlənilmədən məğlub edən cənubi afrikalı Çad le Klos da iştirak edəcək.

Qadınlar arasında britaniyalı Rebeka Adinqton 800 metrlik sərbəst üzgüçülük üzrə öz dərəcəsini qorumaqla təşkilatçı ölkənin qızıl medalının sayını artırmağa çalışacaq. Amerikalı yeniyetmə üzgüçü Missy Franklin isə zimbabveli ikiqat çempion Kristi Koventriyə qarşı 200 metrlik arxası üstə üzgüçülükdə üçüncü qızıl medalı almağa cəhd edəcək.

Olimpiya stadionunda yüngül atletika üzrə yarışlar davam etməkdədir. Belə ki, qadınlar arasında 10 000 metrlik final yarışına kenyalı Vivian Çeruiyot efiopiyalı Olimpiya çempionu Tiruneş Dibabaya qarşı mübarizə aparacaq. Bu arada ukraynalı Nataliya Dobrinska 2008-ci ildə qazandığı heptatlon (maneələrlə qaçiş) üzrə çempionluğunu qorumaq üçün dünya çempionu rusiyalı Tatyana Çernova və britaniyalı Cessika Enisə qarşı mübarizə aparacaq.

Birləşmiş Ştatlar medalların ümumi sayına görə 37:34 nisbətində Çindən öndə gedir. Lakin, hər iki ölkə 18 qızıl medala sahib olmaqla bərabərliyi saxlamaqdadır. 14 medalla xeyli arxada Cənubi Koreya gəlir.
XS
SM
MD
LG