Accessibility links

Londonda ikimərtəbəli avtobus mağazaya girib


Britaniyanın fövqəladə hallar xidmətinin bildirdiyinə görə, Londonda ikimərtəbəli avtobusun mağazaya girməsi nəticəsində iki nəfərin ilişib qalması ilə yanaşı bir neçə adam xəsarət alıb.

Tranzit rəsmiləri Uoterlu stansiyasına istiqamət alan avtobusun mətbəx dükanının şüşəli pəncərəsindən içəri girdiyini bildirib.

Yanğınsöndürənlər yuxarı tavanda ilişib qalanları xilas etməyə nail olub. Sürücü də daxil edilməklə 3 nəfər xəstəxanaya yerləşdirilib. Qalanlarına isə yarı-tibbi komandalar yardım göstərib.

Sərnişinlərdən biri sürücünün ona gözünün qaraldığını dediyini bildirib. O, harasa dəydiyini belə xatırlamır.

XS
SM
MD
LG