Accessibility links

Toğrul Bağırov: Londonda həyat axarından çıxmayıb [Audio-Müsahibə]


London sakini hücumlardan sonrakı vəziyyətlə bağlı Amerikanın Səsinin suallarını cavablandırıb

London sakini Toğrul Bağırov Londonda həyata keçirilən hücumlardan sonrakı vəziyyətlə bağlı Amerikanın Səsinin suallarını cavablandırıb.

Həyatın axarından çıxmadığını vurğulayan Togrul bəy heç bir şeyin dəyişmədiyini bildirib. O deyib ki, sosial mediada və mətbuatda terrorçuların insanları qorxutmağa çalışdığı yazılır. T. Bağırovun müşahidələrinə görə, insanlar terrorizmə adi həyatlarını davam etdirməklə cavab verir.

Britaniya müsəlmanlarının terrorist adlandırılmadığını önə çəkən həmvətənimiz nə mətbuatın, nə də millətçi partiya tərəfindən belə bir fikirin səsləndirildiyini qeyd edərək, britaniyalıların tolerant olduğunu və heç bir müsəlmanı terrorçu adlandırmadığını deyib.

Toğrul bəy Britaniyanın baş naziri Tereza Meyin “artıq yetər deməyin vaxtı çatdığına” dair çıxışının seçkiqabağı bir bəyanat kimi qəbul edildiyini bildirib. Onun dediyinə görə, polis mühafizəkar hakimiyyət dövründə anti-terror əməliyyatları üçün resurlarının çatışmazlığından şikayətlənir. Bağırov müxalifətin bundan fəal istifadə etdiyini bildirib.

Seçkilər qarşısında olan Britaniyada xalq arasında dəhşət və ya qorxu hiss edilmədiyini deyən Torul bəy ehtiyatlılığın müşahidə edildiyini deyib. O, getdiyi qatara iki radikal müsəlmanın minməsindən sonra bir qədər narahat olduğunu deyərək, özünün də bazarlıqdan sonra belindəki ağır çantasının digər sərnişinlər tərəfindən ehtiyatla izləndiyini bildirib.

Toğrul Bağırov britaniyalıların hissələrini üzə vurmadığını və gələnlərin də onlardan bunu öyrəndiyini deyib.

XS
SM
MD
LG