Accessibility links

London hücumundan sonra həyat öz axarına qayıdır [Video]


London hücumundan sonra həyat öz axarına qayıdır
please wait

No media source currently available

0:00 0:01:45 0:00

Britaniya polisi şənbə axşamı yeddi nəfərin ölümü, 50-ya yaxın insanın isə yaralaNması ilə nəticələnən terror hücumu ilə əlaqədar olaraq 12 nəfəri həbs edib. Dünya liderləri hücumu qınayıb və vətəndaşlarını diqqətli olmağa çağırıb. Bir çox insan terrora təslim olmayacaqlarını və həyatlarını həmişə olduğu kimi yaşamağa davam edəcəklərini deyir.

Terrorçuların etmək istədiyi şeylərdən biri bizim həyat tərzimizi dəyişməkdir. Onlar bizim azadlıqlarımızdan faydalanmağımızın, şənbə günü gecə vaxtı Londonun mərkəzində əylənməyimizin qarşısını almaq istəyir. Onlar bizin cümə günü ümumi seçkilərdə səs verməyimizin və demokratiyamızdan yararlanmağımızın qarşısını almaq istəyir.. Biz buna yol verə bilmərik.
Sadiq Xan

Terror hücumundan bir gün sonra Los Ancelesin məşğul hava limanından Londona bir çox insan uçurdu. Bunların bəziləri evlərinə dönən britaniyalılar, bəziləri isə səyahət planlarını dəyişmək istəməyən ABŞ turistləri idi.

“Biz sadəcə diqqətli olmalıyıq və həyatımızı normal yaşamağa davam etməliyik”, birtaniyalı qadın deyib.

“Biz təhlükəsizlik mexanizmlərinə etibar etməliyik”, deyə amerikalı turist bildirib.

Amerikalı tursit qadın: “Biz artıq hər şey üçün biletimizi almışıq və şəhərin mərkəzində qalacağıq”.

Bazar günü London Körpüsünün olduğu ərazi bağlanmışdı. Orada silahlı polis və terrorla mübarizə komandasının zabitləri üç hücumçunun bir gün öncə maşını piyadaların üstünə sürüb, daha sonra insanları bıçaqladıqları ərazini təmizləyirdi.

ABŞ prezidenti Donald Tramp “Biz siyasi baxımdan düzgün olmağa son qoymalıyıq və vətəndaşlarımızı təhlükəsizliklə təmin etməliyik” deyə tvitter mesajı göndərib. O, vətəndaşlara təlaş etmək üçün heç bir səbəbin olmadığını dediyinə görə, Londonun meri Sadiq Xanı qınayıb. Xan London sakinlərini diqqəlti olmağa çağırsa da, Londonun dünyanın ən təhlükəsiz şəhərlərdən biri olduğunu deyib.

London hücumunu həyata keçirən şübhəlilər
London hücumunu həyata keçirən şübhəlilər

“Terrorçuların etmək istədiyi şeylərdən biri bizim həyat tərzimizi dəyişməkdir. Onlar bizim azadlıqlarımızdan faydalanmağımızın, şənbə günü gecə vaxtı Londonun mərkəzində əylənməyimizin qarşısını almaq istəyir. Onlar bizin cümə günü ümumi seçkilərdə səs verməyimizin və demokratiyamızdan yararlanmağımızın qarşısını almaq istəyir.. Biz buna yol verə bilmərik”, Xan deyib.

Londonda axşam əyləncəsi üçün populyar məkan sayılan Borough Marketdə baş verən hücum Mançesterdə Ariana Qrandenin konsertində baş verən ihtiharçı bomba hücumundan iki həftə sonraya təsadüf edir. Ariana Qrande bazar günü Mançesterə qayıdaraq orada “One Love Manchester” adlı xeyriyyə konserti verib.

XS
SM
MD
LG