Accessibility links

London limanınında yük konteynerindən insanlar çıxıb


Böyük Britaniya polisinin məlumatına görə, Londonun şərqindəki limanda yük daşıma konteynerinin içərisində aşkarlanan insanlardan biri ölüb, yaralanan digər 19 nəfər isə xəstəxanaya yerləşdirilib.

Təhqiqatçılar deyir ki, konteynerin içərisində qadınlar və uşaqlar da daxil olmaqla 35 nəfər olub.

Polis rəisi Trevor Roe jurnalistlərə açıqlamasında liman işçilərinin konteynerin içərisindən qışqırıq səsləri eşitdiyini deyib. Konteyner son olaraq Belçikanıın Zibrügge limanından Londona gəlib.

Polis rəisi deyib ki, başqa insanların da olması ehtimalı ilə konteynerin olduğu gəmidə axtarışlar davam edir.

Təhqiqatçılar konteynerin ilk mənbəyinin haradan gəldiyini bilmirlər. Onlar deyir ki, oradakı insanların bəzilərinin Hindistandan olduğu ehtimal edilir.

XS
SM
MD
LG