Accessibility links

London meri COVID-19-la əlaqədar şəhərdə "kritik vəziyyət" elan edib


London şəhərinin meri Sadiq Xan cümə günü şəhərdə COVID-19-un sürətlə yayılmasının “kritik vəziyyət” olduğunu elan edib. O bildirib ki, əgər bu vəziyyət nəzarət altına alınmasa Milli Səhiyyə Xidmətinin gücünü alt-üst edə bilər.

Xan rəsmi Twitter hesabında bir açıqlama yayaraq jurnalistlərə bildirib ki, indi heç vaxt olmadığı qədər pandemiya ilə əlaqədar narahtlıq keçirir.

O, Milli Statistika Ofisinin məlumatlarına əsaslanaraq bildirib ki, ölkə paytaxtında hər 30 nəfərdən biri virusa yoluxub. Bəzi bölgələrdə bu hətta 20 nəfərdən biridir.

Mer yaydığı açıqlamada virusun nəzarətdən çıxa biləcəyinə işarə edib. Onun bildirdiyinə görə, London Təcili Yardım Xidməti əvvəlki günlərdə 5500 çağırışa gedirdisə indi bu rəqəm 8000-dir. Xəstəxanaya yerləşdirilənlərin sayı isə yaz aylarındakı pik vaxtlardakı rəqəmlərlə müqayisədə 35 faiz çoxdur.

Mer özünü təcrid etməsi lazım olan və işləyə bilməyən londonlulara maddi dəstək üçün Baş nazir Boris Consona müraciət etdiyini deyib. O, sakinləri mümkün olduğu qədər evdə qalmağa və çölə çıxmaları lazım olduğu halda üz maskaları taxmağa çağırır.

“Kritik vəziyyət” əsasən "normal fəaliyyət sahələrinin xaricində və çox güman ki, insan həyatı və rifahı, zəruri xidmətlər, ətraf mühit və ya milli təhlükəsizlik üçün ciddi təhdid, ziyan və ya risk ehtiva etdiyi" zaman elan edilir.

Bu, ciddi nəticələri olan hadisə və ya vəziyyətdir və bunun bir neçə fövqaladə qurumun xüsusi tənzimləmələrinə ehtiyac duyulur.

XS
SM
MD
LG