Accessibility links

Londonda zimbabveli mühacirlər avtoritar liderin devrilməsini bayram edir


Vaxtikən Zimbabvenin kolonial idarəçisi olmuş Böyük Britaniya ölkə prezidenti Robert Muqabenin devrilməsindən sonra tərəfləri təmkin nümayiş etdirməyə çağırıb.

1970-ci illərdə Zimbabvenin müstəqillik uğrunda mücadiləsinə rəhbərlik etmiş Muqabenin Britaniya o cümlədən başqa Qərb dövlətləri ilə münasibətləri onun insan haqlarını pozmasına rəğmən pisləşib.

Əfsus ki, o, vaxtında hakimiyyətdən getmədi. O, çoxdan vəzifəni tərk etməli idi.

Çərşənbə günü səhər erkən Zimbabvenin Londondakı səfirliyi qarşısında Muqabe erasının başa çatmaqda olduğunu görən mühacirətdə olan müxalifət tərəfdarları bayram etməyə başlayıblar.

“Biz onun keçmişdə etdiklərini dəyərləndiririk. Ancaq əfsus ki, o, vaxtında hakimiyyətdən getmədi. O, çoxdan vəzifəni tərk etməli idi,” deyə Zimbabve İnsan Haqları Təşkilatının təmsilçisi Çipo Parirenyatua Amerikanın Səsinə deyib.

Əvəzində isə Robert Muqabe az qala 40 il hakimiyyətdən yapışaraq, ölkədə siyasi dissenti boğmaq və rəqiblərini həbsxanalara doldurmağa qərar verdi.
2002-ci il seçkiləri zamanı baş verən zorakılıqlardan sonra Britaniya və Avropa İttifaqı prezidentə səyahət qadağası qoydular.

Robert Muqabenin 37 illik hakimiyyəti dönəmində iqtisadiyyat bərbad hala salınmış, siyasi müxalifət əzilmişdir.
Robert Muqabenin 37 illik hakimiyyəti dönəmində iqtisadiyyat bərbad hala salınmış, siyasi müxalifət əzilmişdir.

Afrika Araşdırmalar İnstitutunun təhlilçisi Nik Branson Muqabenin devrilməsinə ehtiyatla yanaşmağı tövsiyə edir.

“Zənnimcə, burada meqafon diplomatiyası əvəzinə soyuq başların işə qarışmasına, pərdəarxası danışıqlara ehtiyac var,” deyə Branson bildirib.

Öz növbəsində Britaniya xarici işlər naziri Boris Conson “bir seçilməmiş tirandan o birisinə keçidin” heç kəs tərəfindən istənilmədiyini vurğulayıb.

Rəsmi London gələn il keçiriləcək seçkilərin azad və ədalətli olmasına çağırıb.

XS
SM
MD
LG