Accessibility links

Londonda polis zorakılığı və irqi ədalətsizliyə qarşı nümayiş keçirilib


ABŞ-da iğtişaşlara səbəb olan Corc Floydun Minneapolisdə öldürülməsindən sonra polis zorakılığı və irqi ədalətsizliyə qarşı minlərlə etirazçı çərşənbə günü Londonun Hayd Parkına toplaşıb.

Əllərində "Qaraların da həyatının mənası var" şüarı və koronavirus pandemiyasına görə çoxları maskadakı etirazçılar Londonun nümayişlərin ənənəvi məkanı olan ən böyük açıq məkanına axışıb.

Digər etiraz aksiyaları Cənubi Afrikanın Keyptaun şəhərindən tutmuş İslandiyanın Reykyavik şəhərinə qədər, dünyanın çox yerində keçirilib.

ABŞ-da və çərşənbə axşamı Parisdə polisin gözyaşardıcı qazdan istifadə etməsi ilə nəticələnən etiraz aksiyalarında olduğu kimi Londonda da nümayişçilərın çoxu koronavirusun sosial uzaqlaşma qaydalarına məhəl qoymayıb. Britaniyada insanlara bir-birindən 2 metr aralı qalmaları bildirilib.

Floydun ölümünə etiraz edən amerikalılarla həmrəy olduqlarını bildirən aksiya iştirakçıları evlərinə yaxın olan məsələlərə də toxunub.

Londonda keçirilən nümayişdəki plakatların birində "İrqçilik vəba xəstəliyidir" yazılıb.

XS
SM
MD
LG