Accessibility links

Olimpiya oyunları bitdi; idmançılar və fanatlar vətənlərinə qayıdır


Londonun Hitrou hava limanı ən məşğul gününü yaşayır

Olimpiya oyunlarının bitdiyi zaman minlərlə idmançı və fanat evlərinə qayıtdığı üçün Londonun Hitrou Hava Limanı ən məşğul gününü yaşayr.

Aeroport rəsmiləri bildirib ki, normal iş rejimində 95000 insan hava limanından ölkəni tərk edir, lakin bazar ertəsi günü Hitroudan 116000 insanın ölkəni tərk edəcəyi gözlənilir.

Bazar günü axşam düzənlənən və üç saat davam edən qapanış mərasimi zamanı 80000 insanın qarşısında “Britaniya Musiqisinin Simfoniyası” başlığı altında Britanıyanın məşhur pop ulduzları Corc Maykl, “Spice Girls”, Anna Lenox və “ Pet Shop Boys” çıxış ediblər.

Britanıyanın baş naziri Devid Kameron tədbirə parlaq qiymətləndirmə verərək deyib ki: “Biz dünyaya haradan gəldiyimizi göstərdik və nəyə qadir olduğumuzu özümüzə xatırlatdıq.”

Birləşmiş Ştatlar 104 medalla Olimpiya oyunlarının aparıcı qalibi oldu. Medalların sayına görə Çin ikinci yerə çıxdı. Qapanış mərasimində London ev sahibliyini 2016-cı ildə Olimpiya oyunlarını keçirəcək Rio de Janeyro şəhərinə təhvil verdi.
XS
SM
MD
LG