Accessibility links

Londonda bıçaqla hücum olub


Polis cümə axşamı Londonun mərkəzindəki hökumət idarəsi yaxınlığında bir nəfərin bıçaqlandığını, lakin hadisənin terrorla əlaqəsi olmadığını bildirib.

Polis Daxili İşlər Nazirliyinin yerləşdiyi Marşam küçəsində bıçaqla silahlanmış bir adamın olduğu xəbərini aldıqlarını deyib.

Hadisə yerinə gələn silahlı polis zabitləri bıçaq yaraları almış 60 yaşlarında bir nəfəri aşkar edib. London Təcili Yardım Xidmətinin zərərçəkəni Travmatologiya Mərkəzinə apardığı, lakin aldığı zədələrin həyati təhlükəsi olmadığı bildirilib.

Rəsmilərin dediyinə görə, hadisəınin törədildiyi yerin yaxınlığında bıçaqla bədən xəsarəti yetirməkdə şübhəli bilinən 29 yaşlı bir nəfər həbs edilib.

XS
SM
MD
LG