Accessibility links

London hücumunun terrorla bağlı olduğundan şübhələnilir


Britaniya polisi Londonda bir neçə nəfərin yaralandığını, iki nəfərin öldüyü və bir nəfərin güllə ilə vurulduqdan sonra saxlandığını xəbər verib.

Polis hadisənin terrorla bağlı olduğundan şübhələnir.

Polis bildirib ki, əvvəlcə yerli vaxtla gündüz saat 14.00 radələrində şəhərin London Bridge metro stansiyası yaxınlığında iki nəfərin bıçaqlanması ilə bağlı çağırış alıb.

Reuters agentliyi bildirir ki, bu insidentin ardınca polis bir nəfəri güllə ilə vurub. Hakimiyyət orqanları London Bridge metro stansiyasını və yaxınlıqdakı dəmiryolu stansiyasını bağlayıb.

London Bridge körpüsü üzərinə nəqliyyat tıxacının yarandığı xəbər verilir.

Britaniyanın baş naziri Boris Conson hadisənin gedişatını izlədiyini yazır.

"Mən London Bridge körpüsündəki hadisə ilə bağlı məlumatlandırılıram. Polis və təcili yardım xidmətlərinə təşəkkürümü bildirirəm" , baş nazir yazıb.

İki il bundan əvvəl eyni yerdə avtofurqon piyadaların üstünə sürülmüş və burada bıçaqlanmalar olmuşdu. O hücum nəticəsində 8 nəfər ölmüş, 48 nəfər xəsarət almışdı.

Bu ayın əvvəllərində Britaniya hökuməti ölkədəki terror təhlükəsi səviyyəsini “kəskin” şkalasından “əhəmiyyətli” şkalasına endirmişdi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG