Accessibility links

Londonda əsgərin qətlə yetirilməsinin əsasında islamçılıqmı durur? [Təhlil]


Londonda islamçılıq motivləri əsasında əsgərin qətlə yetirilməsi ilə bağılı bir nəfərə qarşıı ittiham irəli sürülüb.Polisin atəşi nəticəsində yaralanan digəri isə xəstəxanadadır.


Britaniyada terror əməllərinin çoxu sonradan dinini dəyişənlər tərəfindən həyata keçirilir
Hazırda səlahiyyətli nümayəndələr təhlükəsizlik xidmətinə tanış olan bu iki Britaniya vətəndaşının bu qəddar əmələ necə əl atdıqlarını müəyyən etməyə çalışır.
Qətldən bir necə gün sonra Maykl Adebolajonun 2010-cu ildə Keniyada həbs edildiyi müəyyən edilib. O, Somalinin Əl-Şəbab terrorçu qrupuna yardım üçün təlimlərdən keçməkdə ittiham edilib.

Video görünütülərdə onun məhkəmə zamanı Keniya rəsmilərini günahlandırdığı nümayiş etdirilib. O deyib ki, bu insanlar bizə pis rəftar göstərir.

Adebolajo Britaniyaya deportasiya edilib. 2007-ci ildə onun Londonda təşkil edilən islamçı nümayişində şəkilləri var.


Londonun Krallar kollecinin terror üzrə eksperti Bruk Rocerin dediyinə görə, kiminsə internet vasitəsi ilə fikirlərini bölüşməsi, yürüşlərə qatılması və nəhayət zorakılığıa əl atmasını anlamaq çox çətindir.

Qətldə günahlandırılan hər iki şübhəli islamçı Əl-Mühacirun qrupunun üzvüdür. Həmin qrup 11 sentyabr hadisələrinin ildünümündə Londondakı ABŞ səfirliyi qarşısında Amerika bayrağını yandırmışdı. Qrupun rəhbəri Anjem Çovdari hadisədən sonra bəyanat vermişdi. “Müsəlman ölkələrdən qüvvələrin çıxarıldığı, o ölkələrdə repressiv əməllərə son qoyulduğu təqdirdə, bu kimi hadisələr baş verməyəcək.”

Qətldə günahlandırılan hər iki şübhəli islam dinini sonradan qəbul edib.

Henri Cekson İctimai Siyasət İnstitututnun əməkdaşı Robin Simkoksun dediyinə görə, Britaniyada terror əməllərinin çoxu sonradan dinini dəyişənlər tərəfindən həyata keçirilir.

Təhlilçilərin fikrincə, yeni dəlillər aşkar edildikcə, ifadə azadlığı və radikallaşma ilə mübarizə debatları qızışmağa başlayacaq.
XS
SM
MD
LG