Accessibility links

London səkilərində enerji toplanması nöqtələri quraşdırılıb


London səkilərində enerji toplanması nöqtələri quraşdırılıb
please wait

No media source currently available

0:00 0:02:00 0:00

Londonun müxtəlif hissələrində elektrik avtomobillər üçün enerji toplanması nöqtələri yerləşdirilib. Səkidə yerləşdirilən bu cihazlar həm də avtomobilləri şəbəkəyə qoşmağa yardım edir.

Elektrik avtomobillərin enerji yığması London küçələrində daha asan oldu.

Armadillo adlanan bu qurğu sizin batareyanı yükləməkdən daha çox iş görür. O həm də elektrik maşını və smart şəhər xüsusiyyətlərini bir araya gətirir.

Pol Ayres, Connected Kerb şirşəti: “Biz, enerjinin avtomobilin ən fundamental hissəsi olduğu qənaətindəyik. Lakin data indi yeni yanacaqdır. Gələcəkdə bizim modelləri irəli aparan data olacaq. İndi bu tam aydın görünməyə bilərə, amma beş ildən sonra bizə bu funksiyası olan maşınlar lazım olacaq.”

Gələcəkdə yüksək sürətli internet bağlantısı nəqliyyatın hərəkətinə və ətrafdakı sensorlara bağlanacaq. Təbii ki, bununla bərabər avtomobillərdə həmin məlumatın toplanması və saxlanılmasını təmin edən qurğular olmalıdır.

Stiven Marland, National Gridşirkətinin innovasiya direktoru: “Avtomobillər birbaşa küçələrə bağlanacaq. Bu məlumat enerji toplanılan zaman ötürülür və bəzi hallarda müxtəlif tətbiqetmələr vasitəsilə istifadəçiyə uyğun olaraq xüsusiyyətlər dəyişə bilər. Biz düşünürük ki, gələcək avtomobillərlə şəbəkənin bir araya gəldiyi yerdədir.”

Londonun cənubunda yerləşən bu sınaq sahəsində enerji toplanılması cihazları dirəklərdə yerləşir. Hər şey yenidən istifadə edilən materiallardan hazırlanıb.

Şirkət düşünür ki, bu cür infrastruktura Londonun hər küçəsində ehtiyac var.

Pol Ayres: “Hökumət artıq Birləşmiş Krallıqda 2040-cı ilə qədər alınan bütün avtomobillərin elektriklə çalışan olması qərarı verib. Növbəti 21 il ərzində biz indi olduğumuz yerdən -160 min elektrik avtomobildən 30 milyon avtomobilə qədər uzun yol keçməliyik. Əslində bu çox uzun müddət deyil və bizim müşahidə etdiyimiz elektik avtomobillər inqilabıdır.”

Connected Kerb şirkəti deyir ki, onlar Londonda digər şirkətlərdə danışır və şəhərin hər yerində bu texnologiyanın yayılacağına ümid edir.

XS
SM
MD
LG