Accessibility links

Londonda terrorizmdə şübhələnilən şəxs ələ keçirilib


Londonun parlament binası və baş nazir Tereza Meyin iqamətgahı yaxınlığında terrorizmdə şübhələnilən şəxs ələ keçirilib.

Metropolit Polisinin bildirdiyinə görə, üzərində bıçaq aşkarlanan şəxsin ictimaiyyətə zərəri olmayıb.

20 yaşlarında olan həmin şəxs terrorizm aktına əsasən keçirilən əməliyyatlar zamanı həbs edilib.

Silahlı polisin hadisə yerinə cəmləşməsi zamanı xəsarət alan olmayıb.

Baş nazirin sözçüsü Meyin həmin vaxt Douninq küçəsindəki iqamətgahında olmadığını bildirib.

Hadisə parlamentin iyun ayı seçkilərindən öncə sonuncu sessiyasına təsadüf edib.

Britaniyada mart ayının 22-də hücumçu və polis zabiti daxil olmaqla, Britaniya Parlamenti binası yaxınlığında baş verən hücumdan sonra təhlükəsizlik tədbirləri gücləndirilib.

Hücum zamanı azı 5 adam həlak olub. Rəsmilər baş vermiş insidenti terror aktı kimi qiymətləndirib.

Hücumçu polis zabitini bıçaqladıqdan sonra parlament binası bağlanmışdı. Daha sonra hücumçu polis zabitləri tərəfindən Parlament ərazisində güllələnib.

Bundan öncə Vestminister Körpüsündə maşın sürən hücumçu maşınla bir neçə adamı vurmuşdu.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG